Kateqoriyasız

“Qalatasaray”dan BÖYÜK JEST: Şəhidlərimizi görün necə yad edəcəklər!

“Qalatasaray” klubu növbəti addımı ilə azərbaycanlı futbolsevərlərin sevincinə səbəb olub.

İdmanxeber.az-ın məlumatına görə, “Cim-Bom” qarşıdakı oyunların birində vətən uğurunda şəhid olan Murad Məmmədovun səs yazısını stadionda səsləndirəcək və Fərid Dursunovun adı yazılı olan forma ilə oyuna çıxacaq. Bu barədə idman jurnalisti Gündüz Abbaszadə məlumat verib. O, bildirib ki, klub şəhidimizin məzarını ziyarət edəcək və ailəsini “Qalatasaray”ın oyununa dəvət edəcək.

“Sarı-qırmızılılar”ın prezidentinin köməkçisi Yusuf Güney Abbaszadə ilə telefon danışığı zamanı hər iki şəhidimizin iləsinin əlaqə nömrələrini istəyib.

Qeyd edək ki, hər iki şəhidimiz “Qalatasaray” azarkeşi olub. Onlar şəhid olacağları halda məzarları üzərində Azərbaycan bayrağı ilə yanaşı “Qalatasaray” bayrağının da dalğalanmasını vəsiət etmişdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43