Dünya futbolu

“Qalatasaray”dan Brumaya cəza

“Qalatasaray” futbolçusu Brumanı cəzalandırıb.

İdmanxdber.com-un məlumatına görə, portuqaliyalı hücumameyilli yarımmüdafiəçi intizamsız davranışları səbəbindən 70 min avro məbləğində cərimələnib. Əgər o, bundan sonra da intizamsızlıq edərsə, daha sərt şəkildə cəzalanacaq.

Qeyd edək ki, Bruma Türkiyə Superliqasının 21-ci turunda “Rizəspor”la matçdan (1:1) öncə baş məşqçi İqor Tudorla mübahisə etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43