21 Sentyabr 2024
Dünya futbolu

“Qalatasaray”dan iki oyun: bir heç-heçə, bir qələbə

“Qalatasaray” bu gün iki yoxlama görüşü keçirib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu günün ilk oyununda “Genclerbirliyi” ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə sona çatıb. “Sarı-qırmızılar”ın qollarını Mauro İkardi və Barış Alper vurub.

Günün ikinci oyununda isə “Qalatasaray” “Pendikspor”a üz-üzə gəlib. İstanbul təmsilçisi bu qarşılaşmadan 3:1 hesabı ilə qalib ayrılıb.

Komandanın qollarını Berkan Kutlu, Yunus Akgün və Milot Raşitsa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43