Dünya futbolu

“Qalatasaray”dan inamlı qələbə

Türkiyə Süperliqasında 29-cu tura start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turun açılış qarşılaşmasında “Qalatasaray” “Rizespor”u qəbul edib. Görüş “sarı-qırmızılar”ın böyükhesablı qələbəsiylə başa çatıb – 6:2.

“Qalatasaray”ın qollarını Derrik Kön, Lukas Torreyra, Kerem Demirbay (3) və Mauro İkardi vurub. Qonaq komandanın qolları isə Kasper Hoyer və İbrahim Olavoyindən gəlib.

Xallarını 78-ə yüksəldən İstanbul klubu liderliyini davam etdirib. “Rizespor” isə 39 xalla 7-ci yerdədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43