Dünyadan

“Qalatasaray”dan növbəti transfer

“Qalatasaray” qış fasiləsində ikinci transferini həyata keçirib.

İdmanxeber.com-un məlumatına görə,  İstanbul klubu “Gənclərbirliyi”nin müdafiəçisi Ahmet Çalıkı heyətinə cəlb edib.

Bu barədə məlumatı “Gənclərbirliyi”nin prezidenti İlhan Cavcav yerli mətbuata açıqlamasında verib. Klub prezidenti bildirib ki, “Qalatasaray” bu transferə görə onlara 2,5 milyon avro ödəyəcək.

Çalık yeni komandasında illik 900 min avro qazanacaq.

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Çalık 2011-ci ildən peşəkar futbolçu kimi bu klubun formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43