Dünya futbolu

“Qalatasaray”dan ŞOK qərar

Türkiyənin "Qalatasaray" klubu gözlənilməz qərar qəbul edib.

Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə,  Fatih Terimin vaxtında komandaya transfer olunan gənc futbolçu Bruma icarəyə veriləcək. "Sportinq"dən "Cim-Bom"a böyük məbləğ qarşılığında transfer olunan Portuqaliya millisinin üzvü ümidləri doğrultmur. Onun türk klublarından birinə icarəyə veriləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43