Dünya futbolu

“Qalatasaray”dan təklif: Azərbaycanlı futbolçuların önü açıla bilər

“Qalatasaray” Türiyə Futbol Federasiyasına yeni bir təklif etməyə hazırlaşır.

İdmanxeber.az “Habertürk” nəşrinə istinadən xəbər verir ki, “sarı-qırmızılar” Bakıda keçirilən “Qarabağ”la matçın ardından federasiyaya türk dilli dövlətlərin oyunçularının Super Liqada əcnəbi statusunda olmamasını təklif edəcək.

Rəhbərlik TFF-yə Braziliya-Portuqaliya örnəyini göstərməyə hazırlaşır.

Bu iki ölkə arasındakı anlaşmaya əsasən braziliyalı futbolçular Portuqaliya çempionatında legioner kimi çıxış etmir.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43