Dünya futbolu

“Qalatasaray”ı sevindirən xəbər

Bir müddətdir ki, zədədən əziyyət çəkən “Qalatasaray”ın üzvü  Marselo Saraççi sağalıb.

İdmanxeber.az-ın məlumatına görə, uruqvaylı futbolçu komandayla birlikdə məşqlərə başlayıb. 22 yaşlı futbolçu növbəti oyunlarda komandasına kömək edə biləcək. Onun dekabrın 18-də Super Liqanın 13-cü turu çərçivəsində “Fatih Karagümrük”lə səfər matçında oynaması gözlənilir.

“Cim-Bom”un digər zədəliləri – Rayan Babel və Radamel Falkao isə hələ də komandadan ayrı məşq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43