Dünya futbolu

“Qalatasaray”ı “Yuventus”la oyuna Droqba çıxaracaq?

Fatih Terimin "Qalatasaray"dan ayrılmasının ardından komandanı "Çaykur Rizespor" və "Yuventus" maçtlarına kimin çıxaracağı sual altındadır. Komandanın digər məşqçiləri Ümit Davala və Hasan Şaşın böyük ehtimalla, istefa verəcəyi gözlənilir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, çarəsiz qalan "cim-bom" çarəni komandanın ən təcrübəli futbolçusu Droqbada tapıb. Qarşıdakı oyunlarda komandaya müvəqqəti olaraq Droqbanın başçılıq edəcəyi mətbuatda yer alan xəbərlər arasındadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43