Dünya futbolu

“Qalatasaray”ın axtardığı futbolçu “Avro-2016″da

Son zamanlar sıxıntılı dönəm keçirən “Qalatasaray” klubu transferə diqqətini ayırıb.

İdmanxeber.com-un məlumatına görə, bununla azarkeşlərin könlünü almağa çalışan “cim bom”un başqanı Dursun Özbək uelsli hücumçunu heyətinə qatmaq istəyir.

Söhbət hazırda heç bir kluba məxsus olmayan Hal-Robson Kanudan gedir. “Sarı qırmızılılar”ın baş məşqçisi Rikerenkin də 29 yaşlı forvardı komandada görmək istədiyi bildirilir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43