05 Oktyabr 2024
Dünya futbolu

“Qalatasaray”ın ayağı qırılan futbolçusundan son xəbər

“Rizəspor”la oyunda ayağı sınan “Qalatasaray”ın yarımmüdafiəçisi Əmrə Akbaba əməliyyat olunub.

İdmanxeber.az-ın məlumatına görə, ayaq biləyi qırılan Əmrənin uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Həkimlər ona ən azı 1 il futbol oynamağı qadağan ediblər.

Qeyd edək ki, mövsümün əvvəlindən “Qalatasaray”da çıxış edən 26 yaşlı futbolçu 22 qarşılaşmada meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43