Dünyadan

“Qalatasaray”ın başı dərddə: iki ciddi itki

"Qalatasaray" "Bursaspor"la keçirəcəyi oyun öncəsi iki ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, "Cim-Bom" "Rizəspor"la oyunda ilk öncə Burakın zədələnməsinə üzülüb. Hücumçunun zədəsinin ciddi olub-olmaması həkim müayinəsindən sonra müəyənləşəcək.

Bundan bir qədər sonra isə kapitan Selcuk İnan sarı kart alaraq limiti doldurub və sözügedən hər iki futbolçu gələn tur "Bursaspor"la baş tutacaq matçda iştirak edə bilməyəcəklər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43