İdman

“Qalatasaray”ın futbolçu rəsmən “Antalyaspor”lu oldu

10 il “Qalatasaray”da çıxış edən müdafiəçi Hakan Balta klubundan ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçunun yeni iş yeri də bəlli olub. 34 yaşlı oyunçu bundan belə “Antalyaspor”un uğurları üçün tər tökəcək.Hakan yeni komandası ilə 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, əsasən müdafiənin sol cinahında çıxış edən futbolçu ötən mövsüm meydana çıxdığı 23 oyunda 1 dəfə də rəqib torunu havalandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43