Dünya futbolu

“Qalatasaray”ın futbolçusu Mustafa Dənizlinin sabiq klubu ilə anlaşdı

“Qalatasaray”ın futbolçusu Engin Baytar klubunu dəyişmək üzrədir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, təcrübəli futbolçu “Çaykur Rizəspor”la anlaşıb. Onun yaxın günlərdə Rizəyə gələrək tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə qol çəkəcəyi bildirilir.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli daha öncə “Çaykur Rizəspor”da çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43