Dünyadan

“Qalatasaray”ın gözü bu “Yuventus”luda

"Qalatasaray" "Southempton"da icarə əsasında çıxış edən "Yuventus"lu oyunçu Pablo Daniel Osvaldo ilə maraqlanır.

İdmanxeber.com-un İtalya mətbuatına istinadən verdiyi məlumata görə,  "Yuventus"a yenidən oynamaqı rədd edən futbolçunu "sarı-qırmızı"lar heyyətinə qatmaq istəyir. "Cim-Bom"un İtaliya klubuna yaxın günlərdə rəsmi təklif göndərəcəyi də bildirilir.

Qeyd edək ki ,Cesare Prandellinin "Qalatasaray"a gəlişidən sonra bu transfer daha real görünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43