Kateqoriyasız

“Qalatasaray”ın məşqçiləri “Qarabağ”ın oyununu izləyəcək

Avropa Liqasının qrup mərhələsinin III turunda bu gün keçiriləcək “Sivasspor” – “Qarabağ” oyununu “Qalatasaray”ın məşqçiləri də izləyəcək. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Super Liqada növbəti oyununu “Sivasspor”a qaşrı keçirəcək istanbul klubunun baş məşqçisi Fatih Terim rəqibi daha yaxşı təhlil etmək üçün ya özü, ya da köməkçilərindən biri bugünkü “Yeni Sİvas 4 Eylül” stadionunda olacaq.

“Sivasspor” – “Qarabağ” qarşılaşması saat 21:55-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43