Dünya futbolu

“Qalatasaray”ın prezidenti: “İki məhşur futbolçu transfer edəcəyik”

“Qalatasaray” prezidenti Ünal Aysal yerli mətbuata maraqlı açıqlamalar verib.

O, komandasının Çempionlar Liqasının qrupundan çıxacağı təqdirdə iki məhşur futbolçu transfer edəcəklərini deyib:

“Yuventus” və “Real” (Madrid) klubları kimi “Qalatasaray”ın da bu qrupda şansı var. Üçüncü olsaq da, bizim üçün dünyanın sonu olmayacaq, Avropa Liqasında mübarizəni davam etdirəcəyik. Hazırkı heyətimiz yaxşıdır. Etdiyimiz transferlərin 80 faizi uğurlu oldu. Əgər ÇL-də qrupdan çıxsaq, məşhur iki oyunçunu transfer edəcəyik. Futbolçuların kimliyini baş məşqçi Fatih Terim müəyyənləşdirəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43