İdman

“Qalatasaray”ın prezidenti: “Mən dəliyəm ki, belə güclü məşqçini qovum?”

“Qalatasaray”ın prezidenti Ünal Aysal Terimin komandadan göndərilməsi ilə bağlı maraqlı açıqlamlar verib.

O, Terimi saymamazlıq etməkdə günahlandırıb:

“Mən dəliyəm ki, belə güclü məşqçini qovum? “Beşiktaş”la oyunöncəsi bir neçə dəfə Terimə zəng etdim, amma zənglərimə cavab vermədi. Mesajda yazdım, cavab vermədi. Bazar ertəsi Terimlə görüşüb, bu məsələləri yoluna qoya biləcəyimi düşünürdüm, amma alınmadı. Terim bizə baş yol buraxmadı, özü elədi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43