11 Oktyabr 2024
Dünya futbolu

“Qalatasaray”ın sabiq futbolçusu həbs olundu – təcavüzə görə

Türkiyə millisinin sabiq üzvü təcavüzə görə həbs olundu

İdmanxeber.az Türkiyə mətbuatına istinadən bildirir ki, “Qalatasaray”ın sabiq futbolçusu Ümit Karan qonşusuna təcavüz edib.

Bu gün İstanbulda keçirilən məhkəmədə sabiq futbolçuya 1,8 illik həbs cəzası verilib.

Özünə qarşı olan ittihamları qəbul etməyən Karan azadlığa buraxımasını tələb edib:

“Həyatım boyu heç kimə qarşı yanlış bir şey etməmişəm. Haqqımda danışılanlar doğru deyil. Azadlığı buraxılmağımı tələb edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43