Dünyadan

“Qalatasaray”la oyun öncəsi “Real”da 4-cü itki

Çempionlar Liqasında qrup oyunları çərçivəsində gələn həftə “Qalatasaray”la qarşılaşacaq Madridin “Real” klubunda zədə epidemiyası davam edir.

“Kral” klubu “Türk Telekom Arena”da keçiriləcək oyunda Xabi Alonso, İlyarmendi və Marselonun xidmətindən yararlana bilməyəcəyi öncədən də məlum olmuşdusa, bu dəfə zədəlilərin sırasına Fabio Koentraoda qatılıb.

Portuqaliyalı sol cinah müdafiəçisi Braziliya ilə yoldaşlıq görüşündə zədələnib və onun Türkiyəyə gətirilib-gətirilməyəcəyi sual altınadadır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43