Dünya futbolu

“Qalatasaray”lı futbolçudan alqışalayiq hərəkət – VİDEO

Dünən baş tutan “Qalatasaray” -“Beşiktaş” (1-0) oyununda maraqlı hadisə yaşanıb.

Oyunun 53-cü dəqiqəsində top “Qalatasaray”ın futbolçusu Semih Kayadan meydandan çıxır. Hakim Cüneyt Çakır isə qapıdan zərbə qərarını verir. Bundan sonra “Qalatasaray”lı futbolçu  hakimə yaxınlaşaraq, topun ondan çıxdığını bildirir və hakim küncdən zərbə təyin edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43