Kateqoriyasız

“Qalatasaray” daha bir hücumçu aldı – rəsmi

“Qalatasaray”  heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, “Cim-bom” Marsel “Olimpik”indən (Fransa) Konstantinos Mitroqlunu transfer etməyə yaxındı. İstanbul klubu rəsmi saytı vasitəsilə Mitroqlu və Fransa təmsilçisi ilə danışıqlara start verildiyini bəyan edib. Yunanıstanlı hücumçu isə artıq tibbi yoxlanışdan keçmək və müqavilə bağlamaq üçün İstanbula gəlib.

“Qalatasaray” fransızlarla yunan forvardın 1,5 illik icarəsi üçün razılıq əldə edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43