Ölkə futbolu

Qaldırın badələri! (Yazı)

UEFA Millətlər Liqasının ilk oyunundan öncə AFFA-nın baş katibi Elxan Məmmədovun kosovolu rəsmilərlə əlində badə tutaraq, yeyib-içdiyi yerdə şəkili yayılıb . Əslində, nə yeyib, nə danışdıqlarının mənim üçün heç bir fərqi yoxdur. Sadəcə diqqətimi çəkən Elxan bəyin badə qaldıraraq sağlıq deməsidir. O sağlıqda nələrin deyildiyini bilməsəm də, nələrin deyilməli olduğunu dəqiq bilirəm.  Elxan bəyin yerində mən olsam, onun gördüyü işləri mən etmiş olsaydım  həmin məclisdə bu sağlıqı deyərdim:

İçək, dostlar! Azərbaycan futbolunun şərəfinə. O futbol ki, bizə nələr qazandırdı, nələr bəxş etdi.

İçək, dostlar! Başımız dinc olan çempionata, azarkeşsiz qalan “istefa”sız stadionlara, iki metro stansiyası qədər məsafəsi olan səfərlərə.

İçək, dostlar! Köklü bölgə komandalarının  çöküşlərinə. Xaraba qalan stadionlara. Səkkiz komandalı öz çempionatımıza. Bizi tənqid etməyən saytlara.  Sözümüzdən çıxmayanlara.

İçək, dostlar! Xahiş edilərək, pul müqabilində milliləşdirdiyimiz ayağı top tutmayan oyunçulara.

Son badəni də qaldıraq uğursuzluq fonunda uğurlu strategiya adı altında futbol ictimaiyyətini aldatmağımızın sağlıqına.

Cənab Məmmədov, əslində isə siz o masanın üstünə Azərbaycan futbolunu qoyub ağlamalıydız… Özü də, xiyar turşusu ilə “vura-vura”…

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43