Dünyadan

Qana millisində biabırçı durum: Portuqaliya ilə oyundan öncə aləm qarışdı, iki futbolçu komandadan qovuldu

Dünya çempionatının qrup mərhələsində bugun son matçına çıxacaq Qana millisi Portuqaliya ilə oyunda iki aparıcı üzvü Kevin Prins Boatenq və Sali Muntarinin xidmətindən məhrum olacaq.

İdmanxeber.com-un məlumatına görə, adıçəkilən futbolçular nizam-intizamı pozduqlarına görə komandadan qovulublar.

Muntari komandanın nümayəndələrindən birinə şillə vurub. Boatenq isə baş məşqçi Kvesi Appiahla mübahisə edib. Nəticədə Boatenq bir daha milli forması geyinməyəcyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43