03 Dekabr 2020
Dünya futbolu

Qanada qadın baş hakimi döydülər

Qanada qadınlardan ibarət futbol çempionatının yarımfinal qarşılaşmasında insident baş verib.

İdmanxeber.az-ın məlumatına görə, “Prisons Ladies”lə “Ampem Darkoa” arasında keçirilən matçın ardından dava düşüb. “Ladies”i dəsətəkləyən kişi azarkeşlərdən biri görüşün qadın baş hakimi Theresa Bremansunun üzərinə gedərək onu vurub. Səbəb olaraq matçın sonuna əlavə edilən 1 dəqiqənin az olduğunu bildirib.

Bunun ardından Qana Futbol Federasiyası FİFA referisini məruz qaldığı şiddətə görə açıqlama edərək, məsələ ilə bağlı araşdırma başladıldığını qeyd edib.

Qeyd edək ki, görüş “Darkoa”nın 1:0 hesablı qələbəsi ilə sona çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Milan” Hakan Çalhanoğlu ilə bağlı qərar verdi

admin

Çempionlar Liqası: matçları canlı yayımlayacaq kanallar…

admin

“Qalatasaray” yeni mövsüm üçün formalarını təqdim etdi – FOTO

admin