Dünya futbolu

Qapıdan qapıya qol vuran qapıçı üzr istədi

İngiltərə Premyer Liqasında  “Stok Siti” – “Sauzthempton” oyununda qonaq komandanın qapıçısı diqqət mərkəzinə düşmüşdü.

Belə ki, “Sauzthempton”nun qolkiperi Asmir Beqoviç öz qapısından digər qapıya möhtəşəm qol vurmuşdu.

Qapıçı bu barədə açıqlama verərək həmkarının belə qol buraxmasına üzüldüyünü bildirib:

“Əlbəttə, qol vurmağım yaxşı oldu. Amma bu sadəcə təsadüf idi. Həmkarımın belə səhv buraxması məni bir qədər üzdü. Ondan üzr istəyirəm. Belə hallar, qol buraxan üçün heç də asan olmur. Hörmət əlaməti olaraq, qolu çılğın şəkildə qeyd etmədim. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43