Kateqoriyasız

Qara görə Tovuzdakı oyun yenə təxirə salındı

Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla  örtülməsinə səbəb olub.

İdmanxeber.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan son araşdırmalardan sonra “Turan Tovuz” – “Sabah-2” oyununun bu gün baş tutmayacağı məlum olub.

Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah saat 15:00-da Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub.

Xatırldaq ki, fevralın 17-də “Turan Tovuz”un bu stadionda “Sumqayıt-2” ilə keçirilən oyunu da güclü qar səbəbindən yarımçıq dayandırımış və növbəti gün oynanılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Zəfər Kubokunda II turun matçları keçirilib – FOTOLAR

“Öz dünya çempionatımızı yaradarıq” – Peresdən UEFA-ya mesaj

admin

Milli reytinq cədvəlində irəlilədi

admin