İdman

Qara görə daha bir oyun təxirə salındı

Ölkədə hökm sürən əlverişsiz hava şəraiti səbəbindən daha bir oyun təxirə salınıb.

İdmanxeber.com-un məlumatına görə, Peşəkar Futbol Liqası Premyer Liqada mübarizə aparan klubların əvəzedici heyətlərinin çempionatının bir matçının vaxtını dəyişib.

Paytaxtda baş tutmalı olan “İnter” – “Zirə” görüşü bu gün deyil, fevralın 19-da reallaşacaq. Qarşılaşma 14:00-da “İnter Arena”da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43