Milli komanda

Qara Qarayev: “ABŞ yığması ilə görüşdə maksimum nəticə əldə etməyə çalışacağıq”

“Mövsümün başa çatdığını demək tezdir. Bizim üçün mövsüm milli komandanın oyunundan sonra başa çatacaq. Hazırda millinin heyətində təlim-məşq toplanışındayıq. Bütün futbolçuların əhval-ruhiyyəsi yaxşıdır”.

İdmanxeber.com-un məlumatına görə,  bu sözləri milli komandamızın futbolçusu Qara Qarayev sabah ABŞ yığması ilə keçiriləcək yoldaşlıq oyunu haqda AFFA-nın rəsmi saytına danışarkən deyib.

Yarımmüdafiəçi yoldaşlıq oyunu olmasına baxmayaraq hər iki komanda üçün qələbənin vacib olduğunu vurğulayıb: “ABŞ yığması ilə görüşdə maksimum nəticə əldə etməyə çalışacağıq. Rəqib yaxın günlərdə start götürəcək dünya çempionatında iştirak edəcək. Ona görə ola bilsin ki, bizimlə oyunda zədələnməmək üçün özlərini qorusunlar. Buna baxmayaraq, DÇ öncəsi yaxşı əhval-ruhiyyədə olmaları üçün qalib gəlməyə çalışacaqlar.

Artıq bir neçə toplanışdır milli komandaya dəvət olunuram. Ancaq bu o demək deyil ki, millinin daimi üzvü olmuşam. Oyunlarda özümü yaxşı tərəfdən göstərib millinin daimi üzvü olmaq üçün çalışıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43