Milli komanda

Qara Qarayev: “Bolqarıstan bizdən elə də güclü deyil”

"Avro-2016"nın seçmə mərhələsi çərçivəsində milli komandamız doğma meydanda Bolqarıstana məğlub olduğu matçdan sonra Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com sizə Qara Qarayevin müsahibəsini təqdim edir:

– Qrupdakı ilk matçda Bolqarıstana 1:2 hesabı ilə məğlub oldunuz. Oyunu necə şərh edərdiz?

– Oyuna yaxşı hazırlaşmışdıq. İstəyirdik ki, qrup mərhələsinə qalibiyyətlə başlayaq. Siz də gördüz ki, şanssızlıqdan son dəqiqələrdə qapımızda qol gördük. Fikirləşirəm ki, xal itiriləsi oyun deyildi, amma şanssızlıq öz sözünü dedi.

– Sizcə, məğlubiyyətin səbəbkarı kimidi?

– Məğlubiyyətin səbəbkarı hamımızıq, bütün komandadı. Qol buraxmışıqsa, burada kimisə fərqləndirmək lazım deyil. Ola bilər ki, kiminsə günahı var, kimsə yaxşı oynamadı. Necə ki, qələbə qazananda hamımız qazanırıq, məğlub olanda da hamımızlıq olur. Bu məğlubiyyətdə bütün komandanın "əməyi" var.

Qrupda 3-cü yeri tutmaq üçün ən azından burada 1 xal qazanmaq lazım idi…

– Biz də çox istəyirdik ki, ilk oyunda xal qazanaq, amma alınmadı. Məqsədimiz qrupda 3-cü yeri tutmaq, pley-off oynamaqdı. Özünüz də gördünüz ki, Bolqarıstan bizdən elə də güclü deyil. İki səhv etdik və qol buraxdıq.

– Tez yorulmağınız nə ilə bağlı idi?

– Havanın isti olması, həm də ki, meydançanın vəziyyəti bir az ağır idi.

AÇ-2016-nın pley-off mərhələsinə vəsiqə qazanmaq real görünür, yoxsa necə?

– Pley-off oynamaq istəyirik. Hələ pley-offa qədər gedək, ondan sonra fikirləşərik.

– Qarşıda İtaliya, Xorvatiya kimi güclü rəqiblər var. Oyunların arasında 3 günlük fərq var…

– Düzdü, qarşımızda oyunlar var, amma çalışacağıq ki, özümüzə layiq şəkildə oynayaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43