İdman

Qara Qarayev dopinq-testdən keçdi

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev dopinq-testdən keçib.
İdmanxeber.com-un məlumatına görə, Bu barədə  futbolçu özü məlumat verib. Adətən, UEFA-nın bayrağı altında keçirilən bütün qarşılaşmalardan sonra hər iki komandanın bəzi oyunçuları testdən keçirilir. Çempionlar Liqasının qrup mərhələsində “Çelsi” ilə dünənki qarşılaşmadan sonra da Qarayevdən analiz götürülüb.
Qeyd edək ki, “Çelsi” – “Qarabağ” görüşü meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə nəticələnib. apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43