01 Oktyabr 2020
  • Ana səhifə
  • Müsahibə
  • Qara Qarayev: “Evə gələndə görürəm buna görə atamın şəkəri qalxıb” – MÜSAHİBƏ
Müsahibə

Qara Qarayev: “Evə gələndə görürəm buna görə atamın şəkəri qalxıb” – MÜSAHİBƏ

Bu gün “Qarabağ”ın gənc müdafiəçisi Qara Qarayev Bakı Atatürk Liseyində məktəblilərlə görüşüb. 

İdmanxeber.com-un  məlumatına görə, məktəbin direktoru Ali Devrim uşaqları sevindirdiyi üçün futbolçuya təşəkkürünü bildirib: “Bu gün “Qarabağ” Azərbaycanı dünyada tanıdan bir klubdur. Bu komandanın oyunlarını izləmək çox gözəldir. Türkiyədə “Fənərbaxça”nın, Azərbaycanda isə “Qarabağ”ın oyunlarını həyəcanla izləyirəm. Bu klubun oyunlarında meydanda çox gözəl atmosfer olur. Belə bir böyük klubun bir parçası olan Qara Qarayevin aramızda olmasına çox sevinirik.”

Ağdam klubunun təcrübəli futbolçusu da bu tədbirdə iştirak etməkdən məmnunluğunu bildirib.
“Burda olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Hələ məktəbin qapısından içəri girəndə uşaqlıq illərim yadıma düşdü. Bu hisləri mənə yaşatdığınız üçün sizə təşəkkürümü bildirirəm”

Daha sonra 2014-cü ilin ən yaxşı futbolçusu adına laiq görülmüş Qara Qarayev məktəblilərin suallarını cavablandırıb və şagirdlərlə xatirə şəkli çəkdirib. Məktəblilər də öz kiçik hədiyyələrini futbolçuya təqdim ediblər.

Görüşdən sonra Q.Qarayev Qol.Az-ın müxbirinin suallarını cavablandırıb


– 2014-cü il “Qarabağ” üçün nə ilə yadda qaldı?

– Ötən il bizim üçün uğurlu oldu. Azərbaycan çempionu olduq, ilin ən yaxşı komandası adına layiq görüldük və Avropa Liqasında uğurla çıxış etdik. Mənim üçün də 2014-cü il əlamətdar oldu. Amma bu o demək deyil ki, hər şey idealdır. Çatışmazlıqlar var və bu il onları aradan qaldırmağa çalışacağıq.

– Ötən ilin ən yaxşı futbolçu olmağın məsuliyyətini daha da artırırmı?

– Bu ada layiq görüləndə də demişdim ki, bunu özümə mükafat kimi qəbul etmirəm. Bu mənim üzərinə düşən əlavə yükdür. Mən də bu yükü layiqincə daşımalıyam. Bu il də şəxsi titulumu qorumaq üçün əlimdən gələni edəcəm. Çalışacam ki, ili yaxşı şəkildə bitirim.

– Gələcəkdə ulduz xəstəliyinə tutulacağından qorxmursan?

– Mən bu günümə görə ətrafımdakı insanlara təşəkkürümü bildirirəm. Ətraf səni daha yaxşı analiz edə bilir və səhvlərini deyir. Çalışıram səhvləri düzəldim. Sevinirəm ki, məndə ulduz xəstəliyi yoxdur. Karyeramın və həyatımın axırına kimi belə bir şeyin olmasına da imkan verməyəcəm. Belə hisslər olanda mən hər zaman arxaya boylanıram ki, nə işlər görmüşəm, bu yerə haradan gəlmişəm. İnsanda bir az şöhrət hissi yarananda çönüb 4-5 il əvvəlinə də baxmalıdır. O anlar yadına düşəndə artıq ulduz xəstəliyi deyilən bir şey qalmır. Özündən razılıq futbolçulara həyatda və ailədə problem yaradacaq hislərdir.

–  Sənə yol göstərən insanlar kimlərdir? Klubda və həyatda…

– Bu insanlar arasında baş məşqçimiz Qurban Qurbanov da var. Amma ətrafımda olan futboldankənar insanlar da mənə yol göstərir. Mənim futbolçu dostlarımdan çox ətrafimdakı digər insanlar var ki, onlar kənardan hər şeyi daha yaxşı görə bilir. Düzdür, yenə də ən böyük pay sahibi ailəmdir. Atamdan indiyənə kimi çəkinirəm.

– Uşaqlıq illərində futbol oynamaq üçün məktəbdən qaçmısan?

– Belə hallar çox baş verib. Amma düşünmürəm ki, düz etmişəm. Çünki həmin vaxtlar sadəcə məhləmizdə futbol oynamağa qaçırdım. Bunun əvəzinə dərs öyrənə bilərdim.

– Futbolu sadəcə pul qazanmaq üçün seçmisən?

– Mən futbola gəldiyim ilk vaxtlar – onda hələ yeniyətmə idim – heç nə qazanmırdım. Əksinə ilk günlər özüm futbol üçün pul xərcləməliydim. Geyim və buts almaq vəsait tələb edirdi. Pul qazanmaq da lazımdır futbolda. Yaxşi oynayıramsa, yaxşı qazanmalıyam və maddi durumum yaxşı olmalıdır.
Yeniyətməlik vaxtı futbolla məşğul olmaqdan əlavə həm də işləyirdim. Bütün xərclərimi qarşılamaq, ən əsası da futbol üçün lazım olan geyimi almaq üçün fəhləlik də edirdim. Bunu hamı bilir, ailəm də, yaxınlarım da. İndi siz ulduz xəstəliyinə tutulmaqla bağlı sual verəndə də ö günlər yadıma düşdü.

– Nəzərə alsaq ki, ali təhsilin yoxdur, karyeranı bitirdikdən sonra nə işlə məşğul ola bilərsən?

– Çalışacam ki, o zamana qədər özümə bir qazanc yeri quruç. Çünki bir az problemlər oldu, ali təhsil ala bilmədim. İmtahan dövrlərində komandamla xarici səfərlərə çıxdım. Tələbə olmağı çox arzulayırdım.

– “Qarabağ”da futbolçuların şəxsi həyatına nəzarət edirlər?

– Bizdə kollektiv bir ailə kimidir. Sənə öz həyatın üçün nümünə götürə biləcəyin bir mühit yaradılıb. Bu klubdakı birlik, güvənmək, möhkəm dostluq insanın həyat tərzinə müsbət təsir edir. Bəzən elə problemlərimiz olub ki, baş məşqçimizi narahat etmədən futbolçularla öz aramızda danışıb həll etmişik.

– Valideyinlərin “Qarabağ”ın oyunlarına baxıb nə hisslər keçirir ?

– Bəzən oyunlarda elə epizodlar olur ki… Evə gələndə görürəm buna görə atamın şəkəri qalxıb. Sonra anama baxıram, görürəm, kövrəlib.

– Avroliqada son iştirakınıza görə dövlət başçısından aldığınız mükafatdan əlavə “Qarabağ”a əlavə qeyri-rəsmi mükafat verən oldu?

– Prezidentimizin bizi qəbul etməsi elə bizim üçün ən böyük mükafat idi. Çünki biz xalqımız üçün mübarizə apardıq və bunun sayəsində dövlət başçısının da diqqət mərkəzində olduq. Biz o görüşə mükafat üçün getməmişdik. Onun “Qarabağ”ı qalib kimi qarşılaması bizim üçün ən böyük hədiyyə idi.

– Başqa klublardan təklif almısan ?

– Yox, heç bir klubdan təklif almamışam. Ölkə klublarında oynamaq da mənim üçün maraqlı deyil. Hamı bilir ki, mən “Qarabağ”dayam və bu klubla ömürlük müqaviləm var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Mahir Şükürov yenə dilini dinc tutmadı: “Molodoy”san, başıvı aşağı sal, get futbolunu oyna” – MÜSAHİBƏ

admin

Robert Prosineçki: “Məsələ təkcə pulda deyil” – MÜSAHİBƏ

admin

Hafiz Məmmədov: “Məni elə göstərirlər ki, elə bil Kurtlar Vadisi çəkilir” – MÜSAHİBƏ

admin