Müsahibə

Qara Qarayev: “Reynaldo olsaydı, uduzardıq” (MÜSAHİBƏ)

“Qarabağ”ın futbolçusu Qara Qarayevin “İnter”lə oyundan sonra idmanxeber.com-a müsahibəsi.

– İlk olaraq heç-heçə başa çatan matçla bağlı fikirlərini öyrənərdik.

Çətin oyun oldu. Biz “İnter”dən belə sistem gözləmirdik. Bu gün də alışmadığımız 4-4-2 sxemi ilə oynadılar. Allaha şükürlər olsun ki, uduzmadıq, bir xal qazandıq.

– Adətən ev oyunlarınızı Respublika stadionunda keçirirsiniz. Bu dəfə isə fərqli oldu. “Bakcell Arena”da oynamağınız qələbə qazanmağınıza mane olmadı?

Yaxşı stadiondu. Ancaq birinci məşqimiz, oyunumuz idi. Alışmaq lazımdı. İlk oyunumuz olduğundan belə oldu. Daha yaxşı oynamağımız üçün stadiona alışmağımız lazımdı.

– “İnter”lə 9 xallıq intervalı qoruduz.

Bizim üçün önəmli idi ki, ikinci yerdə gedən “İnter”ə xal itirməyək. Hətta deyərdim bu gün 1 xal qazandıq, itirmədik. Sössüz ki, hər həftə bizi çempionluğa yaxınlaşdırır. Ancaq indidən çempionluq haqda fikirləşmək məntiqsizlik olar.

– Çempionluq haqda fikirləşmirsiz. Ancaq sizi məğlub edə biləcək bircə “İnter” qalmışdı ki, onlar da heç nə edə bilmədilər. Bu o anlama gəlmir ki, “Qarabağ”a çempionatda rəqib yoxdu?

Yox, elə deməzdim. “Neftçi”, AZAL və digər komandalarla oyunlarımız olduqca çətin keçib, xallar itirmişik. Bu komandalar bizə qarşı fərqli oyun sərgiləyirlər. Son dövrədə isə ümumiyyətlə bütün komandalar bizdən xal almağa çalışacaq. 

– Reynaldoszu mübarizə apardınız. Yoxluğunu hiss etdinizmi?

Sössüz ki, hücumçusuz oynamaq olduqca çətin olur. Reynaldo olsaydı yaxşı olardı. Düşünürəm ki, Vüqar da yaxşı oynadı. “İnter”ə qarşı oyunda 5-6 qol imkanı gözləmirdik. Biz fikirləşirdik ki, 1-2 maksimum şansımız olacaq. Bundan istifadə etməliydik. Təbii ki, Reynaldonun yoxluqu təsir etdi. Ancaq başqa cür də ola bilərdi. Qismət belə imiş. Bəlkə Reynaldo oynasaydı uduzardıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43