Kateqoriyasız

Qara Qarayev: “Son illərin ən yaxşı “Neftçi”sinə qarşı oynayacayıq”

“Qarabağ” “Neftçi” ilə oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber az-ın məlumatına görə, Ağdam təmsilçisi bu gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda ilk yarımsaatı mətbuata açıq məşq keçirib. “Qarabağ”ın futbolçusu Qara Qarayev məşqdən öncə qarşıdakı “Neftçi” oyunu barəsində fikirlərini bildirib:

“Komanda olaraq hər kəs oyuna hazırdı. Hazırda heyətdə ciddi bir problem yoxdur. Son illərin ən yaxşı “Neftçi”sinə qarşı oynayırıq. Bu, bizim üçün tarixi oyundur. Liderə qarşı oynamaq çox çətin olur. Rəqibin sürətli oyunçuları var, bu bizim üçün təhlükəlidir”.

Təcrübəli oyunçu bu yaxınlarda etdiyi “Heç kimin bizi tənqid etməyə haqqı yoxdur” açıqlamasının yanlış anladığı deyib:

Mən heç kim heç kimin bizi təhqir etməyə haqqı olmadığını bildirmişəm. Tənqiə sözüm yoxdur. Biz tənqidlərdən nəticə çıxarmalıyıq. Mən tənqid barəsindəki sözlərimi Kosovo oyunundan sonra demişdim. Bizim üçün haqqlı iradlar hər zaman faydalı olur. Ola bilər ki, fikrimi düzgün çatdıtmamışam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43