Kateqoriyasız

Qara Qarayevin son durumu bilindi

“Qarabağ”ın zədəli futbolçusu Qara Qarayev məşqlərə başlayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi “facebook” hesabında məlumat yayıb. O, iki həftə aradan sonra məşqlərə başladığını bildirib. Qarayev ağrılarının olmadığı təqdirdə, yaxın 5-6 günə komandayla məşqlərini bərpa edəcəyini də deyib.

“Qarabağ” Azərbaycan Premyer Liqasında növbəti oyununu aprelin 4-də, səfərdə “Keşlə”yə qarşı keçirəcək. Qarayev zədə səbəbindən bu görüşü buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43