Kateqoriyasız

“Qarabağ” ən reytinqli qrupa düşüb

“Qarabağ” klubu Avropa Liqasında ən yüksək reytinq xallarına malik qrupa düşüb.

Bu, Avroliqanın qrup mərhələsinin Monakoda keçirilmiş püşkatma mərasimindən sonra məlum olub.

E qrupundakı rəqiblərdən İngiltərə “Arsenal”ı 93.000 xala, Portuqaliya “Sportinq”i 40.000 xala, “Vorskla” 8,226 reytinq xalına malikdir. “Qarabağ”ın isə 20,500 xalı var. 4 komandanın xalları toplandıqda cəmi 161.726 alınır ki, bu da qruplarda ən yüksək göstəricidir.

Ayrılıqda isə “Sportinq” 2-ci səbətdə birinci, “Arsenal” ilk səbətdə ikinci, “Vorskla” 4-cü, “Qarabağ” isə 3-cü səbəbtdə üçüncü ən yüksək reytinqli komanda olub.

Digər tərəfdən, Azərbaycan təmsilçisinin hər 3 rəqibi Avroliqanın qrupuna birbaşa vəsiqə qazanıb. “Arsenal” İngiltərə Premyer Liqasında 6-cı, “Sportinq” Portuqaliya Primeyrasında, “Vorskla” isə Ukrayna Premyer Liqasında 3-cü yeri tutub. Hər üç komanda öz ölkələrinin yüksək reytinqə malik olmaları səbəbindən təsnifat mərhələlərində mübarizə aparmayıblar. “Qarabağ” isə Çempionlar Liqasında 3 təsnifat, Avropa Liqasında isə pley-off mərhələsində çıxış edib. 

Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 20-də start veriləcək (“Report”).

Oxşar xəbərlər

“Neftçi”dən növbəti xal itkisi, “Qəbələ”dən qələbə

admin

APOEL-də “Qarabağ”la oyun öncəsi “bağışlama kampaniyası”

admin

Messi “Barselona”ya şərt qoydu

admin