Premyer Liqa

“Qarabağ” “11”də qaldı

“Qarabağ”ın Topaz Premyer Liqasındakı qələbə seriyası qırılıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, Ardıcıl 11 matçda qalib gələn Ağdam klubu “Rəvan”la səfər matçında 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun komandası bunadək sonuncu dəfə XXIII turun “İnter”lə görüşündə xal itkisi ilə üzləşib – 1:1. Əyalət klubu 78 gündən sonra rəqibinin xal qazanmasına üzülüb.

“Qarabağ”ın son məğlubiyyəti isə XIX turun AZAL-la matçında qeydə alınmışdı. 2016-cı ilin yanvarın 31-də baş tutan ilk matçında 0:1 hesabı ilə uduzan ağdamlılar ardınca 15 görüşdə xalsız qalmamışdı. 105 günlük məğlubiyyətsizliyi qırılan “göy-qaralar” tarixində ilk dəfə “Rəvan”a uduzub.

Belə ki, Bakı klubu çempiona qarşı keçirdiyi 12-ci matçında ilk dəfə qalib gəlib. Rəqiblərin əvvəlki 11 oyununda 7 qələbəsi olan “Qarabağ” ən pis halda – 4 oyunda heç-heçə edib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43