Ölkə futbolu

“Qarabağ” 2013-cü ilin ən yaxşılarını seçdi

"Qarabağ" 2008-dən bu yana keçirdiyi "İlin ən yaxşısı" səsverməsinin qalibi müəyyənləşib. Klubun inzibati, texniki və idari heyətinin də qatıldığı səsvermədə birinci yer Reynaldonun olub. "Sambaçı" demək olar ki, mümkün xalların hamısını toplayıb. O bu mövsüm avrokuboklarda 5, Premyer Liqada 7, ölkə kubokunda isə 1 dəfə fərqlənərək klubun builki uğurlarında ən önəmli pay sahiblərindən birinə çevrilib. 2-ci yerin sahibiysə başqa braziliyalı – Almeydadır. Üçüncü pillənin sahibiysə Rəşad Sadıqovdur. İlk beşliyi Vüqar Nadirov və Qara Qarayev tamamlayır. Xatırlatmaq yerinə düşər ki, Nadirov 2012-də "ən yaxşı" seçilib.  Reynaldo 6 illik tarixə sahib sorğunun ikinci əcnəbi qalibidir. Ondan əvvəl, 2011-ci ildə Admir Teli birinci olmuşdu. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43