Ölkə futbolu

“Qarabağ” 2017-ci ilə qələbə ilə başladı

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu 2017-ci ildə ilk yoxlama görüşünə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, komanda ilk oyununda Albaniyanın "Skenderbeu" klubu ilə qarşılaşıb.

Ağdam klubu bu görüşdə qələbə qazanan tərəf olub – 1:0. Yeganə qolu yeni transfer Ağabala Ramazanov vurub.

Yoxlama oyunu:

18:30 "Qarabağ" – "Skenderbeu" 1:0

Qol: Ağabalıa Ramazanov, 43

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43