Premyer Liqa

“Qarabağ” 3 xalı 4 qolla qazandı (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" "Neftçi"nin qonağı olacaq.

Bu il çempionluğa əsas namizədlərdən sayılan Qriqorçukun rəhbərlik etdiyi komanda "ağ-qaralar"ı məğlub etməklə iddiasını davam etdirmiş olacaq. Samir Əliyevin başçılıq etdiyi "Neftçi" isə ilk "üçlük"dən kənar qalmamaq üçün əyalət klubu ilə dueldə ən azı 1 xal qazanmağa çalışacaq.

Günün ikinci – sonuncu matçında son çempion "Qarabağ" debütant "Zirə"ni qonaq edəcək. İlk "üçlük"də qərarlaşan və cari mövsümdə məğlub olmayan bu klubların duelində hansı komandanın sevinəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 8-ci tura bazar günü keçiriləcək iki oyunla yekun vurulacaq.

17 oktyabr (şənbə)

Azərbaycan Premyer Liqası, 8-ci tur

15:30. “Neftçi” – “Qəbələ” – 0:1
Qol: Antonov 90+1.

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə  

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuş

18:00. “Qarabağ” – “Zirə” – 4:1

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” – “Rəvan” – VİDEO

admin

İspaniyalı Lənkəranda meydana çıxa bilməyəcək

admin

“Sabah” və “Səbail”in bərbad göstəricisi

admin