06 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” 4 itki ilə gedir

Avropa Liqasının pley-off mərhələsində “Linfild”in qonağı olacaq “Qarabağ” bu gün Şimali İrlandiyaya gedəcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu saat 20:30-da ölkəmizi tərk edəcək. Komanda paytaxt Belfasta çarter reysi ilə gedəcək və təqribən 6 saatlıq yol qət edəcək.

Sarı vərəqə cəzalıları – Riçard Almeyda və Rahil Məmmədov, zədəlilər – Bədavi Hüseynov və Filip Ozobiç Şimali İrlandiyaya aparılmayacaq.

Qeyd edək ki, “Linfild” – “Qarabağ” matçı avqustun 22-i Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43