Kateqoriyasız

“Qarabağ” 48 saatdan sonra…

Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən İspaniyanın “Sevilya” klubu ilə ev oyunundan sonra istirahətə buraxılan “Qarabağ” bu gün yenidən bir araya gələcək.

İdmanxeber.az klubun rəsmi sosial şəbəkə səhifəsinə istinadən xəbər verir ki, Ağdam klubu Premyer Liqanın növbəti turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyuna öz bazasında hazırlaşacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Zirə” – “Qarabağ” matçına saat 19:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43