Ölkə futbolu

“Qarabağ” 600-cü qolu buraxıb

Topaz Premyer Liqasının I turundan təxirə salınan “Qarabağ” – “Zirə” oyununda 3 xalı 3 qolla qazanan (3:2) meydan sahibləri iki uğursuz yubileyə də şahid olub.

İdmanxəbər.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Mirsahib Abbasovun vurduğu 2-ci top Ağdam klubunun Azərbaycan çempionatları tarixində buraxdığı 600-cü qol kimi yadda qalıb. Əyalət təmsilçisi bu yubileyə 754-cü matçda üzülüb. Komanda orta hesabla hər matçda 0,80 top buraxıb.

Görüşdə buraxılan 2-ci top həm də çempionatlardakı ev oyunlarında “Qarabağ”ın qapısından keçən 250-ci qol kimi tarixə düşüb. Öz meydanında ən çox qol buraxan komanda olan Ağdam təmsilçisi 372 matçın hər birində orta hesabla 0,67 topa üzülüb

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43