Kateqoriyasız

“Qarabağ” 9 futbolçusuz başladı

Premyer Liqanın şəriksiz lideri “Qarabağ” məşqləri bərpa edib.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu üçgünlük istirahətdən sonra məşqlərə başlayıb.

İlk məşqdə milli komandalara yollanan ümumilikdə 9 nəfər xaric digərləri iştirak edib. 

Qeyd edək ki, Qurbanovun yetirmələri aprelin 1-də “İnter”lə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43