Kateqoriyasız

“Qarabağ” – AEL matçına nə qədər bilet satılıb?

UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – AEL (Kipr) oyununa bilet satışı davam edir.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, ötən gündən satışa çıxarılan 15 min biletdən 1500-ü artıq satılıb.

Tərəflər arasında cavab matçı avqustun 12-si oynanılacaq. Tofiq Bəhramov adına Respublika Stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 20 və 30 manat təşkil edir.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

 Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılacaq (5-3 azn);

İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn)  biletlər satışda olacaq;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Qeyd edək ki, bir şəxs cəmi üç bilet ala bilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43