08 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” akademiyasının komandalarına danışılmış oyunlarla bağlı seminar

“Sərhədçi” İdman Kompleksində “Qarabağ” Futbol Akademiyasının U-15, U-16, U-17 və U-19 komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib.

İdmanxeber.az xəbər verir ki, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb. Danışılmış oyunların yerli və beynəlxalq nümunələri iştirakçılara təqdim edilib. İdman Yarışlarının Manipulyasiyası haqqında Konvensiya, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Bədən Tərbiyəsi və İdman haqqında Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər, eləcə də İntizam Komitəsinin İntizam Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib.

Bildirilib ki, bu cür neqativ hallarla və ya şübhəli məqamlarla qarşılaşdıqda aşağıda qeyd olunmuş linkə daxil olub, göstərilmiş əlaqə nömrələrinə və ya elektron ünvana məlumat göndərmək olar:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43