Kateqoriyasız

“Qarabağ” üçün “sülh” günü – YENİLƏNİB

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün iki yoxlama oyunu keçirib.

İdmanxeber.az xəbər verir ki, “atlılar” əvvəlcə Almaniyanın “Holştayn Kiel” klubu ilə qarşılaşıb. Saat 14:00-da başlayan matçda qalib müəyyənləşməyib – 2:2. “Qarabağ”ın heyətindfə hər iki qolu Ramil Şeydayev vurub.

Qurban Qurbanovun rəhbərlik ediyi kollektiv günün ikinci yarısında daha bir sınaq matçına çıxıb. Rəqib Rumıniya “Universitatya Krayova”sı olub. Saat 20:30-da start verilən görüş də heç-heçə başa çatıb – 1:1. Bu qarşılaşmada təmsilçimizin yeganə qoluna Filip Ozobiç imza atıb.

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununda Rumıniyanın “Botoşani” klubunu darmadağın edib – 4:0.

Yoldaşlıq oyunları

29 iyun

“Qarabağ” – “Holştayn Kil” (Almaniya) – 2:2
12:00 (Bakı vaxtı ilə 14:00)
St. Ulrix stadionu

“Qarabağ” – “Universitatya Krayova” (Rumıniya) – 1:1
18:30 (Bakı vaxtı ilə 20:30)
Yenbax stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43