22 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” Almeydayla bağlı qərarını verdi – RƏSMİ

“Qarabağ” futbolçusu Riçard Almeyda ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın məlumatına görə, klub 35 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə uzadıb. Riçardın yeni sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

O, Ağdam təmsilçilsində 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43