Kateqoriyasız

“Qarabağ” – “Anderlext”: Biletlərin satışa çıxarılacağı tarix və qiymətlər açıqlandı

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Anderlext” qarşılaşmasının biletləri bugündən satışa çıxarılacaq.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, biletləri sabah saat 10:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkün olacaq.

Biletlər nömrəli sektorlar üzrə 2,3,5, 8,10, 15 və 20 AZN-dir.  VİP 50 AZN-dir.

“Qarabağ” azarkeşlərdən biletləri sadəcə kassalardan məhz göstərilmiş qiymətlərlə almalarını xahiş edib.

Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satıldığı bildirilib.

Qeyd edək ki, “Qarabağ” – “Anderlext” qarşılaşması oktyabrın 1-i keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43