Kateqoriyasız

“Qarabağ” APOEL ilə heç-heçə etdi

Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

İdmanxeber.az-ın məıumatına görə, Ağdam təmsilçisi III turda Kiprin APOEL klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də start götürəcək.

Bu komandalar cari mövsüm üçüncü dəfə qarşılaşacaqlar. ÇL-in III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” Nikosiyada 2:1 hesabı ilə qalib gəlsə də, evdə uduzmuşdu – 0:2.

UEFA Avropa Liqası,

A qrupu, III tur

24 oktyabr

20:55. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) – 2:2
Qollar:
 Dani Kintana, 13 (1:0), İoannou, 29 (1:1), Hallenius, 45 (1:2), Ailton, 59 (2:2)
Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43